Leysan, dolu, güclü külək - Hava XƏBƏRDARLIĞI
    • 2-06-2024, 13:49
    • 534

Leysan, dolu, güclü külək - Hava XƏBƏRDARLIĞI


Havanın dəyişəcəyi ilə  bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, 


Bakıda və Abşeron yarımadasında

İyunun 21-də günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.


Azərbaycanın rayonlarında

İyunun 23-ü gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi-Aran, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, 21-də bəzi dağlıq və dağətəyi rayonlarda arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.