Süni intellektlə dəstəklənən tanışlıq proqramı YARADILDI
    • 30-09-2024, 21:55
    • 270

Süni intellektlə dəstəklənən tanışlıq proqramı YARADILDI

Yaponiyanın paytaxtı Tokioda Böyükşəhər Qubernatorluğu ölkədə azalan doğum nisbətlərini artırmaq üçün aparılan işlər çərçivəsində uyğun namizədlərlə evlənmək istəyənlərə uyğun gələn yeni tanışlıq tətbiqini işə salıb.

News24.az Kyodo News-a istinadən xəbər verir ki, "Tokyo Matchmaking" mənasını verən "Tokyo Enmusubi" adlı süni intellekt tətbiqi paytaxt Tokioda yaşayan və ya gələn 18 yaşdan yuxarı insanların istifadəsi üçün nəzərdə tutulub.

Platformada təhlükəsizliyi təmin etmək üçün istifadəçilərdən fotoşəkli şəxsiyyət, gəlir sübutu və qanuni olaraq subay olduqlarını sübut edən sənədlər tələb olunur. Məqsəd qeydiyyat zamanı cavablandırdıqları suallar vasitəsilə gözləntilərinə və seçimlərinə cavab verən tərəfdaşlarla uyğunlaşmaqdır.

Qeyd edək ki, ölkədə evlənmək istəyən, lakin münasibət qura bilməyən çox sayda insanın olduğunu bildirən səlahiyyətlilər, tətbiqin köməyi ilə “evlənmək istəyənləri ilk addımı atmağa təşviq etməyi hədəflədiklərini” bildiriblər.

Günel Məlikzadə