"WhatsApp"dan yeni süni intellekt funksiyası
    • 28-09-2023, 11:05
    • 339

"WhatsApp"dan yeni süni intellekt funksiyası

“WhatsApp” generativ süni intellekt (AI) texnologiyasına əsaslanan yeni funksiyaların, o cümlədən stikerlər və şəkillər yaratmaq, həmçinin süni intellekt üzrə köməkçi ilə ünsiyyət qurmaq imkanlarının tezliklə istifadəyə veriləcəyini elan edib.

News24.az xəbər verir ki, xaric KİV məlumat yayıb. 

WhatsApp tərtibatçıları vurğulayırlar ki, messencerdə süni intellektlə söhbət eksperimental texnologiyadır və köməkçi qeyri-dəqiq və ya yersiz cavablar verə bilər. İstifadəçilərdən AI botu ilə əlaqə qurarkən diqqətli olmaları və həssas məlumatları göndərməmələri xahiş olunub.

“WhatsApp” həmçinin bildirib ki, süni intellektlə işləyən yeni funksiyaların tətbiqi istifadəçilərin şəxsi kommunikasiyalarının məxfiliyinə və təhlükəsizliyinə təsir etməyəcək. Şifrələmə ilə qorunmağa davam edəcək. Süni intellekt botları ilə söhbətlər adi söhbətlərdən vizual olaraq fərqlənəcək.

“Whatsapp” həmçinin tərtibatçılara və şirkətlərə öz həllərini yaratmaq və messencerdə müştərilərlə yazışmaları optimallaşdırmaq üçün WhatsApp API-də süni intellekt xidmətlərindən istifadə etmək imkanı verəcək.

Messencerdə yeni funksiyaların işə salınma vaxtı hələ açıqlanmayıb. Məlumata görə, çox güman ki, yeniliklər ilk olaraq “WhatsApp”ın beta versiyalarının istifadəçilərinə görünəcək, bundan sonra onlar məhdudiyyətsiz bütün platformalarda əlçatan olacaq.

Ayşən