-
- 30-09-2024, 16:16
- 475
Bir gecədə qarın piylərindən xilas olun
Son illərdə sağlam şəkildə arıqlamaq istəyənlərin tez-tez üstünlük verdiyi təbii üsullarla ağır idmanlar və darıxdırıcı pəhrizlər olmadan qısa müddətdə arıqlamağa başlaya bilərsiniz. Yeməklərə özünəməxsus dad qatan bəzi ədviyyatlar qısa müddətdə arıqlamağınıza kömək edir.
News24.az qısa müddətdə sağlam şəkildə arıqlamağınıza kömək edən ədviyyatları təqdim edir:
Zərdəçal(sarıkök): Zerdeçal qan şəkərini tənzimləyərək insulin müqavimətini azaldır. Toxluq hissi təmin edərək arıqlama sürətini artırır. O, həmçinin piylənməyə səbəb olan iltihabı azaltmağa kömək edən antiinflamatuar xüsusiyyətlərə malikdir.
Qara Bibər: Qara bibər bədəndə istilik istehsalını artıraraq yağ yandırmağa kömək edir. Bədənin soyuqdan qorunmaq üçün yağ yığılmasının qarşısını alan və bədən istiliyini artıran qara bibər bu təsiri piperin adlı aktiv maddə ilə təmin edir.
Yağ yandırma sürətini artıran və arıqlama prosesini sürətləndirən qara bibərlə arıqlamaq üçün qara bibər çayı hazırlaya və ya yeməklərdə istifadə edə bilərsiniz.
Zirə: Bazal metabolizm sürətini yaxşılaşdıran kimyon, yağ yandırma prosesini dəstəkləyən başqa bir ədviyyatdır. Zirə xüsusilə qarın nahiyəsində yağ yandırmağa kömək edir. Faydalarından yararlanmaq üçün yeməklərə zirə əlavə edə, qatıqla qarışdıra və ya zirə çayı hazırlayıb içə bilərsiniz.
Zəncəfil: Həzm sisteminin işləməsinə töhfə verən və yağların yandırılmasına kömək edən zəncəfil də arıqlamağa kömək edən ədviyyatlar arasındadır. Zəncəfil metabolik sürətə kömək edir və yağ yandırma prosesini sürətləndirir.
Həzm fermentlərinin istehsalında rol oynayan zəncəfil yağların yandırılmasını asanlaşdırır. Doldurucu ədviyyat olduğu üçün kalori qəbulunu da azaldır. Zəncəfilin təsirini çay şəklində istehlak edərək görə bilərsiniz.
Darçın: Bədən istiliyini artıraraq kalori yandırmağa kömək edən başqa bir ədviyyat darçındır. Darçının tərkibindəki təbii yağlar yağ yandırma sürətini dəstəkləyir. Darçın həmçinin insulin müqavimətini azaldaraq qan şəkərini tarazlaşdırır və şəkər yemək istəyini azaldır. Bu sayədə kalori qəbulunu azaldan darçınla qısa müddətdə arıqlamağa başlaya bilərsiniz.
Detoks sularına, yeməklərə və bitki çaylarına əlavə edərək darçının faydalarından faydalana bilərsiniz.
Məryəm İlhamqızı