Bu üsulla arıqlayın - həm sağlam, həm faydalı
    • 13-09-2024, 18:30
    • 603

Bu üsulla arıqlayın - həm sağlam, həm faydalı

Sağlam həyat təklifləri arasında son illərdə məşhurlaşan bəzi təbii müalicələr var. Bu təbii müalicələrin hazırlanması və müxtəlif qidaların birləşməsi nəticəsində unikal faydalar ortaya çıxır. Belə müalicələrdən biri pərpətöyün istifadə edərək hazırlanır.

News24.az xəbər verir ki, pərpətöyünün sağlam quruluşu immuniteti gücləndirir və həzmi tənzimləyir. Eyni zamanda tərkibindəki sağlam antioksidantlarla ürək xəstəlikləri riskini azaldan bu bitki, düzgün formada istehlak edildikdə arıqlamağa da kömək edir. 

Arıqlamaq səbəbi ilə istifadə üçün ilk növbədə bitkinin yarpaqlarını doğrayın. Sonra doğranmış yarpaqları bir qab qatığa əlavə edin və üzərinə bir neçə damcı limon sıxın. Sonra bütün maddələr qarışana qədər qarışdırın.

Təbii müalicəni gündə bir kasa acqarnına istehlak etdikdə, maddələr mübadiləsini sürətlənir və arıqlamaq asanlaşır. O, həmçinin bağırsaqlarda iş qaydasını bərpa edir və bununla da həzmi tənzimləyir.

Limon, pərpətöyün, qatıq və istəyə görə pul bibər ilə hazırlanan bu qarışım sayəsində qısa müddətdə artıq çəkidən xilas ola bilərsiniz. Müalicəni müntəzəm olaraq istehlak etməklə yanaşı, hər bir qabda 1 stəkan su içmək işinizi asanlaşdıracaq.

Məryəm İlhamqızı