Bir ayda 720 yumurta yeyən adam - maraqlı araşdırma
    • 30-09-2024, 16:28
    • 1 102

Bir ayda 720 yumurta yeyən adam - maraqlı araşdırma

Harvard Universitetinin doktorantı Nik Norwitz yumurta istehlakının xolesterola təsirini yoxlamaq üçün qeyri-adi təcrübə aparıb. 

News24.az xəbər verir ki, bir ay ərzində gündə 24 yumurta yeyən, cəmi 720 yumurta istehlak edən Norwitz, yüksək yumurta istehlakının xolesterol səviyyələrinə necə təsir etdiyini araşdırıb.

Dr. Norwitz, məşhur inancın əksinə olaraq, həddindən artıq yumurta istehlakının "pis xolesterin" olaraq da bilinən LDL səviyyələrini artırmadığını kəşf edib. 

Bunun əksinə olaraq, təcrübənin sonunda LDL səviyyələri 18% azalıb. Təcrübə boyu qan dəyərlərini mütəmadi olaraq izləyən alim gözlədiyindən çox fərqli nəticələrlə qarşılaşıb.

Bu təcrübə, yemək vərdişləri ilə bağlı yeni suallar ortaya çıxararaq, yumurta istehlakı və xolesterol arasındakı əlaqə haqqında əhəmiyyətli bir müzakirə başladıb.

Bununla belə, mütəxəssislər xolesterol probleminiz varsa, həkiminizlə məsləhətləşmədən yemək vərdişlərinizi dəyişməməyi tövsiyə edir.

Məryəm İlhamqızı