Qarşısında namaz qıldığı avtomobilin altında qaldı
    • Dünən, 23:58
    • 120

Qarşısında namaz qıldığı avtomobilin altında qaldı

Mustafa E. üzüm yığmaq üçün şəxsi üzüm bağına gedib.

News24.az xəbər verir ki, bu zaman üzüm almağa gələn İsmayıl D. namaz qılmaq üçün Mustafa E.-nin saxladığı maşının qarşısına keçib.

Bağından üzüm yığıb yola çıxan Mustafa E. maşının qarşısında namaz qılan İsmayıl D.-ni vurub.

Qəzanı görən vətəndaşların xəbəri üzərinə sağlamlıq, jandarma və polis qrupları sövq edilib.

Ətrafdakı vətəndaşların köməkliyi ilə avtomobilin altından çıxarılan İsmayıl D.-yə Dövlət Xəstəxanasında sağlamlıq qrupları tərəfindən tibbi yardım göstərilib.

Qəzanı izah edən sürücü Mustafa E. "Üzüm bağımdan üzüm yığdıqdan sonra maşınıma gəldim. Bir adam maşının qarşısında namaz qılırmış. O, səcdədə olduğu üçün onu görmədim.  'Ölürəm' deyən bir səs eşitdim, əvvəlcə başa düşmədim, baxdım ki, adamın yarısı maşının altında qalıb" deyib.

Günel Məlikzadə