2 yaşlı uşaq pəncərədən maşının üzərinə düşdü - FOTO
    • 25-05-2023, 11:43
    • 218

2 yaşlı uşaq pəncərədən maşının üzərinə düşdü - FOTO

2 yaşlı uşaq pəncərədən maşının üzərinə düşüb.

News24.az xəbər verir ki, hadisə İstanbulun Zeytinburnu bölgəsində baş verib. 

Otaqda oynayan iki yaşlı Sude ikinci mərtəbədəki evlərinin pəncərəsinə yaxınlaşıb və oradan maşının üzərinə düşərək ağır yaralanıb.

Hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Azyaşlıya ilk müdaxilə sağlamlıq qrupları tərəfindən edilib. O, təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Polis hadisə ilə əlaqədar araşdırma başladıb. /Haber Global/