Oğlu ilə dalaşan 12 yaşlı uşağı maşınla əzdi
    • 26-08-2024, 17:16
    • 378

Oğlu ilə dalaşan 12 yaşlı uşağı maşınla əzdi

Türkiyədə uşaqlar arasında çıxan davaya daxil olan ananın hərəkətləri hər kəsi dəhşətə gətirib.

News24.az xəbər verir ki, G.M.U. adlı qadın küçədə rəfiqəsi ilə velosiped sürən 12 yaşlı S.E.Y.-ni avtomobili ilə əzib.

Qadın aydın şəkildə nəqliyyat vasitəsini uşağın üzərinə sürüb və S.E.Y. maşının altında qalıb. Dostu isə çətinliklə xilas olub.

Avtomobilin altından qaçan uşaq, dostunu maşının altında görüb və S.E.Y-ni çıxarmağa çalışıb.

Uşaq avtomobilin altından çıxıb və xəbər üzərinə hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb. İlk müayinələrdə uşağın bədənində bəzi sınıqların olduğu və səhhətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, saxlanılan qadının hadisə ilə bağlı ifadəsindən sonra ədliyyəyə sövq edilən G.M.U.-ya məhkəmə tərəfindən ev dustaqlığı cəzası verilib.

Günel Məlikzadə