Tarlada işləyən gənci ildırım vurdu
    • 1-10-2024, 07:52
    • 392

Tarlada işləyən gənci ildırım vurdu

Antalyanın Serik rayonunda yağış yağarkən traktorla tarla şumlayan 17 yaşlı Səlahəddin Erolu ildırım vurub. 

News24.az xəbər verir ki, sahədə çalışan yaxınları hadisəni fərq etdikdən sonra vəziyyəti sağlamlıq qruplarına bildiriblər. 

Xəbər verildikdən sonra əraziyə həkim briqadaları göndərilib.

Sahəyə qrupların ilk müdaxiləsindən sonra Səlahəddin Erol təcili yardımla Serik Dövlət Xəstəxanasına aparılıb.

Edilən müdaxilələrə baxmayaraq gənc həyatını itirib. 

Hadisə ilə bağlı araşdırma başladılıb.

Məryəm İlhamqızı