Zərərli qidalar depressiyaya səbəb ola bilər
    • 19-11-2023, 13:00
    • 250

Zərərli qidalar depressiyaya səbəb ola bilər

Dərin emal edilmiş qidaların qəbulu depressiyanı artıra və beyinə mənfi təsir göstərə bilər.

News24.az xəbər verir ki, bu barədə Barselona Muxtar Universitetinin araşdırması Journal of Affective Disorders (JAD) elmi jurnalında dərc olunub.

Ultra emal olunmuş qidalara şəkərli qazlı və energetik içkilər, çipslər və digər yağlı və duzlu qəlyanaltılar, səhər yeməyi taxılları, emulqatorlar və digər əlavələrdən istifadə etməklə sənaye şəraitində istehsal olunan müxtəlif ayaqüstü yeməklər və digər məhsullar daxildir.