-
- 1-10-2024, 10:09
- 238
Hava limanına raket hücumu
İraqın paytaxtı Bağdadın Beynəlxalq Hava Limanına “Katyuşa” raketinin atıldığı bildirilib.
News24.az İraq xəbər agentliyinə istinadən xəbər verir ki, “Katyuşa” raketi Bağdad Beynəlxalq Hava Limanında boş əraziyə, digər “Katyuşa” raketi isə oradakı Terrorla Mübarizə Xidmətinə məxsus avtomobil dayanacağına düşüb.
Hücum zamanı xəsarət alan olmadığı qeyd edilib.
Həmçinin bildirilib ki, təhlükəsizlik qüvvələri Bağdadın Əmiriyə rayonunda bir avtomobildə raketatan qurğu aşkarlayıb.
Məryəm İlhamqızı