Kabil hava limanı raket atəşinə tutuldu - Yeniləndi
    • 30-08-2021, 10:37
    • 384

Kabil hava limanı raket atəşinə tutuldu - Yeniləndi

Əfqanıstanın paytaxtı Kabildə hava limanına atılan beş raketdən biri hava limanının ərazisinə düşüb.

News24.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı "Taliban" mənbələrinə istinadən məlumat yayıb. 

Raket hücumu zamanı itki və dəyən ziyanla bağlı məlumat verilmir. Hücumun paytaxtın şimal hissəsindən atıldığını bildirib.

*** 08:14

Əfqanıstanın paytaxtı Kabildə beynəlxalq hava limanına bir neçə raket atılıb.

News24.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Bildirilib ki, hava limanı istiqamətindən 5 raket buraxılıb. 

Onlardan neçəsinin raketdən müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyi isə dəqiq məlum deyil.