Bağdadda ABŞ vətəndaşı güllələnib
    • 8-11-2022, 00:29
    • 236

Bağdadda ABŞ vətəndaşı güllələnib

İraqın paytaxtı Bağdadın mərkəzində ABŞ vətəndaşı güllələnərək öldürülüb.

News24.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə İraq güc strukturlarındakı mənbə məlumat verib.

Bildirilib ki, Stefen Troell adlı amerikalı Bağdadın mərkəzindəki 62-ci küçədə öz maşınında qətlə yetirilib.

Məlumata görə, o, İraqda qeyri-hökumət təşkilatlarının birinci ingilis dili müəllimi kimi işləyib.