Azərbaycan bu hücumu pisləyir - XİN
    • 1-10-2024, 11:36
    • 350

Azərbaycan bu hücumu pisləyir - XİN

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Sudanın paytaxtı Xartumdakı səfirinin iqamətgahına hücumu qətiyyətlə pisləyir.

News24.az xəbər verir ki, bu barədə Azərbayan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, diplomatik binalara hücum Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının açıq şəkildə pozulmasıdır və bu, qəbuledilməzdir: "Beynəlxalq hüquqa əsaslanan diplomatik binaların toxunulmazlığının təmin edilməsi son dərəcə vacibdir".