Yunanıstan 12 rusiyalı diplomatı ölkədən çıxardı
    • 6-04-2022, 13:09
    • 837

Yunanıstan 12 rusiyalı diplomatı ölkədən çıxardı

Rusiyanın Yunanıstanda akkreditə olunmuş diplomatik və konsulluq nümayəndəliklərinin 12 əməkdaşı arzuolunmaz şəxs elan edib.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının və 1963-cü il Konsulluq Münasibətləri haqqında Konvensiyasının müddəalarına uyğun olaraq "arzuolunmaz şəxslər" elan ediliblər.