-
- 1-10-2024, 12:41
- 151
Amerika bazasına raket hücumu EDİLDİ
Yaxın Şərqdə gərginliyin artmaqda davam etdiyi bir vaxtda İraqdan yeni hücum xəbərləri gəlib.
News24.az NTV-yə istinadən xəbər verir ki, Bağdad Beynəlxalq Hava Limanında ABŞ əsgərlərinin olduğu bazaya 3 raket atılıb. Hadisə zamanı insan itkisi olmayıb.
"Bağdad hava limanındakı Zafer bazası üç raketlə hədəfə alınıb, onlardan ikisi bazanın xüsusi müdafiə sistemləri tərəfindən vurulub. Üçüncüsü isə Terrorla Mübarizə Xidməti Komandanlığının qərargahı yaxınlığında düşüb", - AFP xəbər agentliyinə təhlükəsizlik mənbəsi bildirib.
İkinci bir təhlükəsizlik mənbəsi xəbəri təsdiqləyib və qeyd edib ki, heç bir insan itkisi olmayıb və raketlər hava hərəkətinə təsir göstərməyib.
Hücum Qəzzada müharibənin və İsrailin Livana hücumunun qurudan hücumu regional münaqişəyə çevirmək təhlükəsi ilə üzləşdiyi bir vaxtda baş verib.
Qeyd edək ki, oktyabrın 7-də Qəzzada müharibə başlayandan bəri silahlı qruplar Vaşinqtonun İsrailə hərbi dəstəyi səbəbindən İraq və Suriyada ABŞ əsgərlərinin yerləşdiyi bazaları hədəfə alır.
Vaşinqton buna cavab olaraq qrupun hər iki ölkədəki qərargahına dəfələrlə hava zərbələri endirib.
Günel Məlikzadə