İraqda ABŞ bazasına hücum: Əsgərlər yaralandı
    • Bu gün, 11:22
    • 90

İraqda ABŞ bazasına hücum: Əsgərlər yaralandı

ABŞ-ın İraqdakı Əl Əsəd hərbi hava bazasına raket hücumu nəticəsində bəzi Amerika əsgərləri yaralanıb.

Amerika mediasında əks olunan və adı açıqlanmayan ABŞ rəsmilərinə əsaslanan xəbərə görə, İraqdakı ABŞ hava bazasına hücum edilib.

News24.az xəbər verir ki, hücumla bağlı ilk qiymətləndirməni edən ABŞ rəsmiləri Əl Əsəd hava bazasına edilən hücumun raket hücumu olduğunu və hücumda bəzi Amerika əsgərlərinin yaralandığını açıqlayıb.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hadisə ilə bağlı hələ rəsmi açıqlama verməsə də, İran və İsrail arasında artan gərginliyin davamı olaraq sözügedən hücumun İranın dəstəklədiyi qruplar tərəfindən həyata keçirilib-keçirilmədiyi hələlik məlum deyil.

Günel Məlikzadə