-
- 1-10-2024, 12:49
- 252
“Bu müharibə cinayəti və əxlaqsızlıqdır”
Fələstindən sonra İsrailin Livana hücumuna növbəti reaksiya Şimali Koreyadan gəlib.
News24.az NTV-yə istinadən xəbər verir ki, adı açıqlanmayan Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü tərəfindən verilən açıqlamada belə qeyd edilib:
“İsrail özünümüdafiə və təhlükəsizlik hüququndan danışaraq qırğınlara, terrora və sui-qəsdlərə əl atır. İsrailin vəhşiliyi və həyasızlığı beynəlxalq ictimaiyyətdə böyük nifrət və qəzəb doğurur. İsrailin hərbi hücumları, terror aktları və çoxlu sayda mülki vətəndaşın öldürülməsi amansız bir müharibə cinayəti və əxlaqsızlıqdır”.
Vurğulanıb ki, Yaxın Şərqdə daimi sülh üçün Fələstin xalqının müstəqil dövlət qurmaq hüququ təmin edilməli və İsrail ərəb ölkələrinə qarşı düşmənçilik hərəkətlərinə son qoymalıdır.
Günel Məlikzadə