-
- 11-06-2024, 17:51
- 260
Fələstin Qızıl Aypara: Bu müharibə cinayətidir
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada İsrail ordusunun istifadə etdiyi bu üsulun humanitar yardım işlərinə qatılan qrupların həyatını təhlükəyə atdığına diqqət çəkilib.
News24.az xəbər verir ki, “işğal qüvvələrinin ərzaq təhlükəsizliyinin olmadığı bir dövrdə yardım adı altında mülki insanlara xəyanət etdiyi” vurğulanıb.
Fələstin Qızıl Aypara Cəmiyyəti beynəlxalq ictimaiyyəti İsraili bu hərbi cinayətə görə məsuliyyətə cəlb etməyə və təcili olaraq mülki müdafiəni, tibb işçilərini və mülki insanları müdafiə etməyə çağırıb.
Fələstin mənbələri İsrail xüsusi qüvvələrinin Qəzza zolağında 4 israilli məhbusu xilas etmək üçün qapalı yük maşını və mülki avtomobillə Nusayrat Qaçqınlar Düşərgəsinə sızdığını bildirib.
Sözügedən mənbələr, "Qəzza zolağında çox rast gəlinən bu nəqliyyat maşınları ümumiyyətlə yük daşımaq üçün istifadə olunurdu, lakin İsrailin hücumları səbəbindən indi tez-tez humanitar yardımların daşınması üçün istifadə edilir" deyib.
İsrail Ordusunun sözçüsü Aviçay Adraee, hücumdan saatlar sonra verdiyi açıqlamada, İsrail xüsusi təyinatlılarının yardım maşınları ilə Nusayrata girmədiyini və ABŞ-ın üzən limanından istifadə edilmədiyini iddia edib.
Günel Məlikzadə