Almaniya İsrailin qərarından narahatdır
    • 19-07-2024, 22:20
    • 396

Almaniya İsrailin qərarından narahatdır

Almaniya İsrail parlamentinin Fələstin dövlətinin yaradılmasını rədd etməsindən narahatlığını ifadə edib.

News24.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Sebastyan Fişer bu gün Berlində mətbuat nümayəndələrinə verdiyi açıqlamada, "Bu qərar BMT Təhlükəsizlik Şurasının bir çox qətnamələrinə ziddir" dedi.

İsrailin beynəlxalq ictimaiyyətin böyük əksəriyyətindən uzaqlaşdığını və özünü təcrid etdiyini bildirən Fişer, “Qərar məcburi olmasa da, bu, İsrailin qanuni təhlükəsizlik maraqları ilə Fələstinlilərin öz hüquqları arasında balans yaratmaq səylərimizdə geriləmədir" dedi.

İsrail parlamenti Knessetin dünən 9 əleyhinə 68 səslə qəbul etdiyi qətnamədə “İsrail ərazisinin mərkəzində Fələstin dövlətinin qurulmasının İsrail dövləti və onun vətəndaşları üçün ekzistensial təhlükə yaradacağı iddia edilib. Bu İsrail-Fələstin münaqişəsini davam etdirəcək və regionda sabitliyi pozacaq”.

Günel Məlikzadə