Elməddin Cəfərov səhhətindən DANIŞDI
    • 1-10-2024, 13:34
    • 364

Elməddin Cəfərov səhhətindən DANIŞDI

Məşhur komediya aktyoru Elməddin Cəfərovun əməliyyat olunub. 

Bununla bağlı News24.az-a danışan sənətçi əməliyyatın yaxşı keçdiyini deyib: "Əməliyyət yaxşı keçdi, şükürlər olsun, artıq özümü yaxşı hiss edirəm, Allaha həmd olsun. İşimin başına qayıdıram, artıq çəkilişlərə başlaya bilərəm". Elməddin Cəfərov yeni layihəsi haqda bunları deyib. Çox az qalıb, Müşfiq Şahverdiyevlə olacaq proyektimizə inamımız böyükdür, inşallah tamaşaçıların rəğbətini qazanar". Sevilən aktyor yeni verlişi ilə bağlı bunları dedi: "Hazırda bütün fikrimiz hazırki layihədədir, inşallah bu layihə yoluna düşəndən sonra yeni verliş barəsində düşünəcəyəm".

Qeyd edək ki, Elməddin Cəfərov  öd kisəsindən əməliyyat olunub.


 Ağa