-
- 1-10-2024, 13:42
- 532
Bakıda maaşlar 87 manat artıb - 1 300 manata yaxınlaşır
Bu ilin yanvar-iyul aylarında Bakıd muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 267 manat təşkil edib.
News24.az Valyuta.az-a istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz çoxdur. 2023-cü ilin yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 179,8 manat təşkil edib. Yəni, son bir ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 87,2 manat artıb.