-
- 1-10-2024, 13:43
- 637
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ - Gələn ildən bu qadağalar olacaq
Rusiyanın Xabarovsk diyarında miqrantların taksilərdə, ictimai nəqliyyatda və bir sıra digər ərazilərdə işi məhdudlaşdırılacaq.
Bu barədə ərazinin Qubernatoru Dmitri Demeşin teleqram kanalında bildirib.
Rayon rəhbərinin məlumatına görə, Əmək və Məşğulluq Komitəsi onun tapşırığına əsasən, patentli əcnəbilərin ictimai nəqliyyatda, o cümlədən şəhərlərarası nəqliyyatda, taksidə sürücü kimi işə götürülməsini qadağan edən sənəd layihəsi hazırlayıb.
"Gələn il region iqtisadiyyatının bəzi sahələrində miqrantların işi məhdudlaşdırılacaq" deyə qubernator vurğulayıb.
Bundan başqa, 2025-ci ildən xarici vətəndaşların elektrik enerjisi, qaz və su təchizatı xidmətləri göstərən müəssisələrdə işə düzəlməsi, fiziki şəxslər üçün işləməsi qadağan ediləcək.
Siyasətçi məhdudiyyətləri təhlükəsizlik tədbirləri kimi izah edib, çünki bu peşələr insanlarla daimi təmasları əhatə edir./BAKU.WS