Paşinyana XƏBƏRDARLIQ
    • 1-10-2024, 14:40
    • 205

Paşinyana XƏBƏRDARLIQ

“Hesab edirəm ki, ədliyyə naziri vəzifəsi mühüm vəzifədir və bu vəzifədə olan şəxs siyasi komandadan olmalıdır”.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, bunu oktyabrın 1-də jurnalistlərlə söhbətində hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Arpi Davoyan Ermənistanın ədliyyə naziri Qriqor Minasyanın istefasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Minasyanın istefaya getməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirmək istəmir, çünki bəzi deputatların bunun üçün şəxsi motivləri var.

“Biz nəzarət funksiyasını tamamladıq, onun təfərrüatları çox vaxt aparır. Bu narahatlıqlar bir gecədə ortaya çıxmadı, ona görə də dünən müzakirə olunanlar barədə danışmaq düzgün deyil”, - deyə Davoyan əlavə edib.

Qeyd edək ki, bu gün Qriqor Minasyan Ermənistanın ədliyyə naziri vəzifəsindən istefa ərizəsini təqdim edib. Bundan əvvəl isə hakim partiyanın deputatları sonuncunun vəzifədən çıxarılması ilə bağlı imza toplamağa başlayıblar.