"Ədliyyə Nazirliyinin cavabını qeydiyyatdan imtina hesab etmirəm" - Sabir Rüstəmxanlı
    • 5-08-2023, 15:12
    • 425

"Ədliyyə Nazirliyinin cavabını qeydiyyatdan imtina hesab etmirəm" - Sabir Rüstəmxanlı

"Ədliyyə Nazirliyindən Vətəndaş Həmrəyliyi Partiyasına gələn cavabı partiyanın qeydiyyatından imtina hesab etmirəm". 

Bunu News24.az-a açıqlamasında rəhbərlik etdiyi partiyanın Ədliyyə Nazirliyinin qeydiyyata almaqdan imtina etməsinə münasibət bildirərkən millət vəkili Sabir Rüstəmxanlı bildirdi. 


Onun sözlərinə görə, ilkin siyahıda 9 min nəfərin adı göstərilsə də, yoxlamalar zamanı bəzilərinin anket məlumatlarında dəyişiklik olduğu ortaya çıxıb. Ailənin partiya üzvü olan bir neçə fərdi qeydiyyat zamanı vahid telefon nömrəsi göstəriblər. Nazirlik bunu qüsur hesab edib:  


"Ədliyyə Nazirliyinin mübahisəli iradlarını də nəzərə alsaq, reyestrimizdə təsdiqlənən partiya üzvlərinin sayı təqribən 5 mindir. Bu da qeydiyyat üçün əsas verir. Digər tərəfdən nazirlikdən daxil olan məlumatda bəzi üzvlərin adının eyni zamanda digər partiyaların da siyahısında əks olunduğu bildirilib. Bir sıra üzvlərimiz dəqiqləşmələr aparılarkən onlara edilən zəngin mənasını başa düşməyib, bəziləri isə nazirliyin adını eşidən kimi dəstəyi asıblar. Yuxarıda göstərilən nöqsanlara diqqət yetirilsə belə, təsdiqlənən üzvlərin sayı qeydiyyat üçün imkan verir. Hazırda imtina cavabında göstərilən məqamlar üzrə dəqiqləşmələr aparılır. Yəqin ki, növbəti həftə ərzində sənədlər bir daha Ədliyyə Nazirliyinə təqdim olunacaq. Hesab edirəm ki, dəqiqləşmələr nəticəsində üzvlərin sayı artacaq".


S.Rüstəmzanlı onu da əlavə etdi ki, rəhbəri olduğu siyasi təşkilatın qeydiyyatdan keçəcəyinə əmindir. 


Fərid Azəri