"Samsung"un 600-dən çox işçisi SAXLANILDI
    • 1-10-2024, 14:53
    • 157

"Samsung"un 600-dən çox işçisi SAXLANILDI

Hindistanın Tamil Nadu ştatında Çennay şəhəri yaxınlığında yerləşən Cənubi Koreyanın “Samsung” şirkətinin zavodunda etiraz aksiyası keçirən 600-ə yaxın işçini polis saxlayıb. 

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Polisdən bildirilib ki, müəssisənin işçilərinin küçə aksiyası əhalidə narahatlıq yaradıb. İşçilərin saxlanma müddəti açıqlanmayıb.

Qeyd edək ki, “Samsung”un işçilərinin tətili dördüncü həftədir ki, davam edir. Aksiya iştirakçıları zavod binasının yaxınlığında çadırlar qurublar. Onların tələbləri maaşların artırılması və iş vaxtının azaldılmasıdır. 

Bir fabrik işçisinin orta əmək haqqı hazırda ayda 25 min hind rupisi (təxminən 300 dollar) təşkil edir. Onlar 36 min hind rupisinə (təxminən 430 dollar) qədər artım tələb edirlər.

Etirazda "Samsung İndia" şirkətinin mindən çox əməkdaşı iştirak edir.

Teymur Məmmədov