Azərbaycan Rusiyaya yeni səfir təyin etdi
    • Bu gün, 15:14
    • 74

Azərbaycan Rusiyaya yeni səfir təyin etdi

Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

News24.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Digər sərəncamla isə R.Mustafayev Azərbaycanın Niderlanddakı səfiri vəzifəsindən geri çağırılıb.