Azərbaycan Pakistana yeni səfir təyin etdi
    • 16-07-2021, 18:01
    • 569

Azərbaycan Pakistana yeni səfir təyin etdi

Xəzər Nadir oğlu Fərhadov Azərbaycanın Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

News24.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.