-
- 1-10-2024, 23:24
- 231
"Nikahımın həbsxanada olması niyə hamını təəccübləndirir?"
Müğənni Əminə Şirin toyunun həbsxanada olmasından danışıb.
News24.az "Unikal"-a istinadla xəbər verir ki, bu haqda Əminə "Qapqara" yutub layihəsində danışıb. O, aktyor Kamran Ağabalayevin "Səbə nə idi" sualına belə reaksiya verib:
"Bunun səbəbi olur? Niyə bu, insanları təəccübləndirir? Gözləməyə qalsaydı gərək onu 7 il gözləyərdim. Adam təklif etdi, mən də qəbul etdim. Toy maraqlı keçdi, rəsmi nikah, kəbin oldu. Gözümü heç nə bağlamamışdı, açıq gözlə getdim. Mənim üçün normaldır. Deyirlər, getdi orada ailə qurdu. Nədi? Camaat deyir, sevəndə sənin üçün dünyanın o başına gedərəm... Yenə olsa, yenə də edərəm. Gələn toyum dəlixanada olacaq".