Narkotik qəbul edən və həmkarı ilə cinsi əlaqədə olan keşiş ÖLDÜ
    • 1-10-2024, 21:06
    • 178

Narkotik qəbul edən və həmkarı ilə cinsi əlaqədə olan keşiş ÖLDÜ

69 yaşlı britaniyalı din xadimi 60 yaşlı belçikalı həmkarı ilə narkotik qəbul etdiyi gecə qəflətən dünyasını dəyişib.

Belçikanın Antverpen şəhərində bir keşiş evində biri britaniyalı və biri belçikalı iki keşiş narkotik qəbul etdikdən sonra cinsi əlaqəyə girib. İngilis keşişi gecənin sonuna doğru qəfildən xəstələnir. Onun belçikalı həmkarı təcili yardım çağırıb, lakin britaniyalı keşişi bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

News24.az xəbər verir ki, prokurorluq britaniyalı keşişin maddələrdən istifadə etdikdən sonra başqa bir keşişlə cinsi əlaqədə olduğunu təsdiqləyib. Belçikalı keşiş narkotik ittihamı ilə həbs olunarkən, səlahiyyətlilər qurbanın bədənində narkotik izlərinin tapıldığını açıqlayıb.

“Ölümlə nəticələnən narkotik alveri” ittihamı ilə mühakimə olunan belçikalı keşişlə bağlı yekun qərar hələ əldə edilməyib.

Günel Məlikzadə