Bakıda yüksək dozada narkotik qəbul edən gənc öldü
    • 19-04-2022, 10:10
    • 330

Bakıda yüksək dozada narkotik qəbul edən gənc öldü

Bakıda dozadan artıq narkotik maddə qəbul edən şəxs ölüb.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Vung Tau küçəsində yerləşən evdə baş verib. Orada yaşayan 1994-cü il təvəllüdlü M.Ramazanov narkotik vasitədən zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Tibbi müdaxiləyə baxmayaraq, 28 yaşlı şəxsin həyatını xilas etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır.