-
- 19-06-2019, 12:26
- 669
Gömrük orqanına bəyan olunmayan müxtəlif növ mallar aşkarlanıb
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postuna daxil olan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi "Mercedes-Benz 220 CDI" markalı avtomobilə gömrük baxışı keçirilib.
DGK-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin yük yerində olan ehtiyat təkərin yan hissələrindəki boşluqdan gömrük nəzarətinə bəyan edilməyən, müxtəlif adda ümumilikdə 100 ədəd soyuducu ehtiyat hissəsi-kondensator, 20 ədəd elektrik açarı, dişli təkər çarxı və ayırıcı aşkarlanıb.