İranın hücumu nəticəsində itkilər AÇIQLANDI
    • Dünən, 23:32
    • 78

İranın hücumu nəticəsində itkilər AÇIQLANDI


İranın İsrail ərazisinə kütləvi raket hücumu zamanı az sayda itki qeydə alınıb.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Təl-Əviv təcili yardım xidməti bildirib ki, raket zərbələri nəticəsində yalnız iki nəfər yüngül xəsarət alıb. Daha bir neçə nəfər sığınacaqlara qaçarkən yaralanıb.

Həmçinin, ABŞ İranın zərbəsi nəticəsində İsraildə hər hansı ölüm və ya hərbi-strateji hədəflərin vurulması barədə məlumatları təsdiq etməyib.

Ağ Evdən bildirilib ki, İran İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri hücumun dəf edilməsində iştirak edib.