“Hizbullah” İsrailin şimalına 50-dən çox raket atdı
    • 2-06-2024, 23:56
    • 153

“Hizbullah” İsrailin şimalına 50-dən çox raket atdı


“Hizbullah” təşkilatı İsrailin şimalında yerləşən yaşayış məntəqələrinə raket zərbələri endirib.

News24.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “Al Jazeera“ məlumat yayıb.

Məlumata görə, təşkilat üzvləri reaktiv yaylım atəş sistemlərindən istifadə edərək İsrail ərazisinə 50-dən çox raket atıb.

Hadisə nəticəsində iki nəfər yaralanıb.