-
- 2-10-2024, 10:10
- 440
3 ölkəyə uçuşlar ləğv edildi
Pegasus Hava Yolları İranın İsrailə hava hücumları səbəbindən İran, İraq və İordaniyaya uçuşları ləğv edib.
News24.az xəbər verir ki, aviaşirkət təhlükəsizlik riskləri səbəbindən bu bölgələrə planlı reyslərin bu gün və sabah yerinə yetirilməyəcəyini açıqlayıb.
Pegasus səlahiyyətliləri, sərnişinləri məlumatlandırmaqda davam edəcəklərini və uçuş təhlükəsizliyinə üstünlük verdiklərini vurğulayıb.
İran və İsrail arasında artan gərginlik bölgədəki hava nəqliyyatına mənfi təsir göstərsə də, hava yolları şirkətləri də təhlükəsizlik tədbirlərini artırır.
Qeyd edək ki, şirkət bundan əvvəl İsrailin Livana hücumları səbəbindən Beyrut uçuşlarını oktyabrın 8-dək dayandırmışdı.
Məryəm İlhamqızı