İsrailə uçuşlar LƏĞV EDİLDİ
    • Bu gün, 17:52
    • 57

İsrailə uçuşlar LƏĞV EDİLDİ

İsraildən Kanal12-nin verdiyi xəbərə görə, Lufthansa və Avstriya hava yolları şirkətləri bu gün Təl-Əvivə uçuşları dayandırıb. 

News24.az xəbər verir ki, İsrailə uçuşların dayandırılması qərarının nə qədər müddətə verildiyi barədə heç bir açıqlama verilməyib.

İsrail ordusunun Livana qarşı mümkün hücumu təhlükəsi səbəbindən ötən gün axşam saatlarında planlaşdırılan bütün uçuşlar ləğv edilib və ya təxirə salınıb.

Bu səhər saatlarından etibarən Beyrut Rafik Həriri Beynəlxalq Hava Limanından bəzi uçuşların həyata keçirildiyi bildirilsə də, bəzi uçuşların ləğv edildiyi paylaşılıb.


Məryəm İlhamqızı