-
- 2-10-2024, 12:04
- 187
İran hakimiyyəti qırmızı xətti keçdi
İran hakimiyyəti oktyabrın 1-də İsrailə kütləvi raket hücumu etməklə qırmızı xətti keçdi.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu açıqlamasında İsrail Xarici İşlər Nazirliyinin rəhbəri İsrael Katz deyib.
“İran qırmızı xətti keçib və İsrail dövləti vətəndaşlarımıza qarşı vəhşicəsinə hücumun qarşısında səssiz qalmayacaq. Bütün azad dünya çox gec olmadan İranın yalan oxunu dayandırmaq üçün İsrailin yanında olmalıdır. Dünya liderlərinin və ölkələrinin dəstəyi, həmrəyliyi heç vaxt unudulmayacaq. Biz dostlarımızın kim olduğunu bilirik”, - deyə İsrael Katz “X”- sosial şəbəkəsində yazıb.
Teymur Məmmədov