Ermənilərdən növbəti HƏYASIZ YALAN
    • 2-10-2024, 14:04
    • 244

Ermənilərdən növbəti HƏYASIZ YALAN

"Azərbaycan Şikaox təbiət qoruğunda minlərlə ağacı kəsir".

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu həyasız və misli görünməmiş iftiranın müəllifi Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyandır.

"Şikaox qoruğunda minlərlə ağac kəsilir, canlı təbiət məhv edilir, on kilometrlərlə hərbi yollar çəkilir, minalar qoyulur, insanlar içməli sudan, əmlakdan məhrum edilir və s. Bu göstərir ki, onlar sülhə can atmırlar", - Tatoyan bildirib. 

Elə bu cümlənin özü ermənilərin böhtan atmaq üçün hansı iyrənc ritorikadan istifadə etdiyini göstərir.

Arman Tatoyan Ermənistanda qatı revanşist siyasətçilərdən sayılır və sülh sazişinin əleyhinə tez-tez çıxışlar edir.