Koçaryanın tərəfdarları küçələrə axışdı
    • 10-08-2019, 00:31
    • 912

Koçaryanın tərəfdarları küçələrə axışdı

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın tərəfdarları etiraz aksiyası keçirir.
News24.az “TASS”a istinadən xəbər verir ki, 200-dək aksiyaçı Ombudsman aparatının önünə toplaşıb. Onlar Koçaryanın yenidən həbsinə etiraz edirlər.
“Biz iddia edirik ki, Koçaryan siyasi dustaqdır və qanunsuz həbs edilib. Ombudsman Arman Tatoyan onu siyasi dustaq elan etməli və hüquqlarını qorumalıdır. Koçaryan dərhal azad olunmalıdır”, - deyə aksiyanın təşəbbüskarı Qagik Baqdasaryan bildirib.
Mitinqçilər Ombudsman administrasiyasına tələblərini əks etdirən məktubu təqdim ediblər.
Qeyd edək ki, 2008-ci il aksiyaları zamanı konstitusion nizamı pozmaqda ittiham edilən Robert Koçaryan iyunun 25-də yenidən həbs edilib.