Bu gün “Qarabağ” - “Malmö” matçı var
    • 3-10-2024, 07:40
    • 297

Bu gün “Qarabağ” - “Malmö” matçı var


Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” UEFA Avropa Liqasında Liqa mərhələsinin II turunda növbəti oyununa çıxacaq.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, “köhlən atlar” doğma meydanda İsveçin “Malmö” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı yunanıstanlı hakimlər briqadası idarə edəcək.


UEFA Avropa Liqası

Liqa mərhələsi, II tur

3 oktyabr

20:45. “Qarabağ” – “Malmö”

Xatırladaq ki, “Qarabağ” I turda səfərdə “Tottenhem”ə 0:3 hesabı ilə məğlub olub.