"Hizbullah" liderinin dəfn mərasimi BU TARİXDƏ BAŞ TUTACAQ
    • 3-10-2024, 09:41
    • 224

"Hizbullah" liderinin dəfn mərasimi BU TARİXDƏ BAŞ TUTACAQ

İsrailin hava hücumu nəticəsində öldürülən Livanın "Hizbullah" hərəkatının baş katibi Həsən Nəsrullahın dəfn mərasimi cümə günü keçiriləcək. News24.az xəbər verir ki, bu barədə İsrailin Kan radiostansiyası məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 23-də İsrail "Hizbullah" hərəkatının birləşmələrinə qarşı "Şimalın oxları" əməliyyatına başlayıb və bu əməliyyat zamanı hərəkatın hərbi hədəflərinə kütləvi hava zərbələri endirib. Sentyabrın 27-də baş verən hücumlardan biri nəticəsində Həsən Nəsrullah Beyrutda öldürülüb. 

Teymur Məmmədov