"Hizbullah" lideri öldü - RƏSMİ AÇIQLAMA
    • Bu gün, 12:25
    • 206

"Hizbullah" lideri öldü - RƏSMİ AÇIQLAMA

“Hizbullah” lideri Həsən Nəsrullahın öldürüldüyü rəsmən açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. 

Qeyd edək ki, ötən gün axşam saatlarında İsrailin Beyruta endirdiyi hava hücumları münaqişənin başlanmasından bəri Beyrutu hədəf alan ən böyük hücum olaraq xarakterizə edilib.

“Reuters” xəbər agentliyinə danışan Livandan olan təhlükəsizlik mənbələri hücumun hədəfinin “Hizbullah” lideri Həsən Nəsrullahın olduğunu bildirib. “Hizbullah”a yaxın mənbə hücumdan sonra Nəsrullahın sağ olduğunu bildirib.

Teymur Məmmədov