-
- 3-10-2024, 11:11
- 254
LGBT təbliğatını qadağan edən qanun imzalandı
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkə prezidenti Salome Zurabişvilinin təsdiqləməkdən imtina etdiyi LGBT təbliğatını qadağan edən qanunu imzalayıb.
News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ş.Papuaşvilinin “Facebook” hesabında məlumat verilib.
“Bu gün Gürcüstan Konstitusiyasına əsasən, Salome Zurabişvilinin imzalamaqdan imtina etdiyi “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu imzalayıram. İmzaladığım qanun indiki, müvəqqəti, dəyişən ideyaları, ideologiyaları əks etdirmir. O, sağlam düşüncəyə, tarixi təcrübəyə və əsrlər boyu möhkəmlənən xristian, gürcü və avropa dəyərlərinə əsaslanır”, - deyə paylaşımda qeyd edilib.
Teymur Məmmədov