-
- 4-09-2024, 18:30
- 284
Aİ-dən Gürcüstana SƏRT REAKSİYA
Gürcüstan parlamentinin ikinci oxunuşda LGBT təbliğatını qadağan edən qanunu qəbul etməsi Avropa İttifaqının qınağına səbəb olub.
News24.az xəbər verir ki, Aİ qeyd edib ki, bu, Brüssel və Tbilisi arasında münasibətləri xeyli çətinləşdirəcək.
Digər məsələlərlə yanaşı, Avropa İttifaqı açıq şəkildə bildirib ki, Gürcüstan hakimiyyətinin hərəkətləri həm də onun Aİ-yə qəbulu prosesini ləngidəcək.
“Avropa İttifaqı “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunvericilik paketinin ikinci oxunuşda tələsik qəbul edilməsini pisləyib və sənəddə belə deyib: “Bu paket gürcü xalqının fundamental hüquqlarını pozur və əhalinin bir hissəsinə qarşı ayrı-seçkilik riski daşıyır ”.
Qeyd edək ki, Gürcüstanda LGBT təbliğatını qadağan edən qanun layihəsi səs çoxluğu ilə ikinci oxunuşda qəbul edilib. Onun lehinə 81 deputat çıxış edib.
Məryəm İlhamqızı