Zurabişvili parlamentin qəbul etdiyi qanunu İMZALAMADI
    • 19-10-2023, 11:10
    • 154

Zurabişvili parlamentin qəbul etdiyi qanunu İMZALAMADI

Gürcüstan prezidenti Salome Zurabişvili etiraz aksiyaları zamanı çadırların quraşdırılmasını qadağan edən parlamentin qəbul etdiyi qanunu imzalamaqdan imtina edib.

News24.az xəbər verir ki, Zurabişvili qanunu növbəti antiavropa qanunu kimi qiymətləndirib.

Qeyd edək ki, bu ayın əvvəlində ölkə parlamenti etiraz aksiyaları zamanı müvəqqəti tikililərin quraşdırılmasını qadağan edən qanunu sürətlə qəbul edib. Sözügedən qanun layihəsi təsdiq olunarsa, etiraz aksiyaları zamanı nümayişçilərə çadır və səhnə quraşdırmaq qadağan ediləcək, əgər onlar bunu edərlərsə, polis qanunu pozan şəxsi 500-dən 5000 lariyə qədər inzibati qaydada cərimələyəcək və ya 15 günə qədər həbs cəzası təyin olunacaq.

Aynurə