Toyda rəqs etdi, ürək tutmasından öldü - Azərbaycanda

Toyda rəqs etdi, ürək tutmasından öldü - Azərbaycanda Kriminal
Şirvan rayonunda keçirilən toy mərasimində bir nəfərin ürəyi dayanaraq ölüb.

Hadisə Şirvanda fəaliyət göstərən şadlıq saraylarından birində qeydə alınıb.

İlkin məlumata görə, toya gələn 1973-cü il təvəllüdlü Salyan şəhər sakini Zeynalov Mahir Rizvan oğlu mərasimdə oynayan zaman qəfil ürəyi dayanıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.

//Report.az