100 yaşı tamam olan ilk prezident
    • 3-10-2024, 15:42
    • 261

100 yaşı tamam olan ilk prezident

ABŞ-nin ən mühüm prezidentlərindən biri olan Cimmi Karterin 100 yaşı tamam olub və o, ölkədə bir əsr yaşayan ilk prezidentdir.

News24.az xəbər verir ki, Karter həyatının 80 ilindən çoxunu keçirdiyi Corciya ştatının Plains şəhərində 100 illik yubileyini qeyd edib. 

ABŞ prezidenti Co Bayden Ağ Evdən Karterə ünvanladığı videomüraciətdə, "Siz həmişə millətimiz və dünya üçün mənəvi qüvvə, mənim və ailəmizin əziz dostu olmusunuz" deyib. 

Qeyd edək ki, 1977-1981-ci illər arasında ABŞ-nin 39-cu prezidenti vəzifəsini icra edən Karter indiyədək "ən uzun ömür sürən ABŞ prezidenti" ünvanına sahibdir. Ömrü boyu 32 kitab yazan və Nobel Sülh Mükafatına layiq görülən Karter Fələstində iki dövlətli həll üçün göstərdiyi səylərlə də tanınır.

Məryəm İlhamqızı