ABŞ İrana 44 il tətbiq etdiyi sanksiyanın müddətini uzatdı
    • 8-11-2023, 16:10
    • 125

ABŞ İrana 44 il tətbiq etdiyi sanksiyanın müddətini uzatdı

ABŞ prezidenti Co Bayden İrana qarşı birtərəfli sanksiyaları nəzərdə tutan fövqəladə vəziyyətin bir il müddətinə uzadılmasına qərar verib.

News24.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir. 

“İranla münasibətlərimiz hələ də nizamlanmayıb. 19 yanvar razılaşmalarının icrası prosesi davam edir”, - deyə Bayden bildirib.

Xatırladaq ki, 1979-cu ildə noyabrın 14-də ABŞ-ın 39-cu prezidenti Cimmi Karter Tehranda amerikalıların girov götürülməsi ilə bağlı 12170 saylı İcra Sərəncamı imzalayıb. ABŞ Maliyyə Nazirliyinə İranın ABŞ-dakı bütün rəsmi aktivlərini, o cümlədən ABŞ banklarındakı hesabları və onların xarici filiallarını dondurmaq əmri verilib. Bu, əslində İrana qarşı ilk cəza iqtisadi tədbirlərinin tətbiqi demək idi. 1980-ci ildə aprelin 7-də Karter Tehranla diplomatik əlaqələri kəsdi və ABŞ-ın İrana bütün ixracatını, o cümlədən ərzaq və dərmanları qadağan etdi. Daha sonra İrandan ABŞ-a hər hansı mal idxalına qadağa, eləcə də Amerikanın İrana səyahətinə qadağa qoyuldu.