-
- 3-10-2024, 16:15
- 236
İsrail Dəməşqi vurdu: Nəsrullahın kürəkəni və İran İnqilab Keşikçiləri Korpusunun üzvü öldürüldü
İsrailin dünən Dəməşqin Mezzeh rayonunda üç mərtəbəli binaya həyata keçirdiyi hava hücumunda Hizbullah lideri Həsən Nəsrullahın kürəkəni Həsən Kəsir və İran İnqilab Keşikçiləri Korpusunun üzvü Məcid Divani həlak olub.
News24.az NTV-yə istinadən xəbər verir ki, Kasser həmçinin dünən Livanın paytaxtı Beyruta hava hücumu zamanı İsrail ordusu tərəfindən öldürülən Hizbullahın yüksək səviyyəli komandiri Məhəmməd Cəfər Kasirin qardaşı olub.
Suriya İnsan Haqları Müşahidə Qrupu açıqlama verib:
"Həsən Nəsrullahın kürəkəni Həsən Cəfər Kəsir İsrailin Dəməşqin Mezzeh rayonunda bir mənzili hədəf alması nəticəsində həyatını itirən iki livanlıdan biridir".
Hücum zamanı yaralandığı bildirilən İran İnqilab Keşikçiləri Ordusunun əsgəri Məcid Divaninin aldığı yaraların şiddətindən dünyasını dəyişdiyi açıqlanıb.
Yarı rəsmi İran Tələbə Xəbərləri Şəbəkəsi (SNN) Divaninin Suriyada hərbi məsləhətçi kimi xidmət etdiyini, İnqilab Keşikçiləri Ordusunun fəal və mühüm qüvvələrindən biri olduğunu bildirib.
İsrail oktyabrın 1-nə keçən gecə Suriyanın paytaxtı Dəməşqə hava zərbələri endirib.
İranın Dəməşq səfirliyi hücumda hədəf alındığı bildirilən Mezze bölgəsində yerləşirdi. Hücum zamanı Suriya dövlət televiziyasının aparıcısı Safa Əhməd də həlak olub.
Günel Məlikzadə